Yuxarı

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza gözlənilən səfəri fonunda regionda yeni risklər və narahatlıqlar müzakirə olunmaqdadır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan videoçıxışında danışıb.

Marukyan bildirib ki, Vensin səfəri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, mümkün ABŞ–İran qarşıdurması baş verərsə, Vaşinqton Ermənistan və Azərbaycanın mövqelərini öncədən dəqiqləşdirməyə çalışır.

Diplomatın fikrincə, Ermənistan bu səfər zamanı daha həyati məsələləri qabartmalıdır. O xatırladıb ki, Bakı uzun illər ABŞ-dan silah ala bilmirdi, lakin hazırda bu məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. Marukyan hesab edir ki, Ermənistan ABŞ-dan açıq təhlükəsizlik zəmanətləri tələb etməlidir ki, Azərbaycanın əldə etdiyi silahlar gələcəkdə Ermənistan əleyhinə istifadə olunmasın.

Marukyan eyni zamanda daha təhlükəli bir ssenariyə diqqət çəkib. Onun sözlərinə görə, Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasından sonra Bakının məhv olmuş qondarma rejim rəhbərlərinə ömürlük həbs hökmü çıxarması yeni mərhələnin başlanğıcı ola bilər.

Keçmiş səfir iddia edir ki, növbəti addım kimi Azərbaycan “kompensasiya” adı altında Ermənistandan ərazi tələbləri irəli sürə bilər və məhz bu risk hazırda İrəvanda ən ciddi narahatlıq doğuran məsələdir.

Tarix
2026.02.08 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla