Yuxarı

Mişadan müharibə xəbərdarlığı: Bakı icazə verməyəcək!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mişadan müharibə xəbərdarlığı: Bakı icazə verməyəcək!

Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox təhlükəlidir. Məsələ ondadır ki, Moskva bundan əvvəl Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırıb. Ruslar həmçinin Novorossiysk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazırlaşırlar. Beləliklə, daşınma üçün yeganə yol (əgər İranda mövcud rejim qalarsa) Gürcüstan olacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“İndi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir, bu, ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək. İvanişvili bunun üçün hər şeyi edib: ordunu son həddə qədər zəiflədib, təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları “millətçi hərəkatçıların kompromat və silah saxladıqları yerlər” adlandırıb. Həm Mtsxeti, həm də Ermənistan istiqamətində Tiflisin müdafiə xəttini ləğv edib”, - o bildirib.

Saakaşvilinin sözlərinə görə, bu böyük geosiyasi oyunda Moskva İvanişvilinin onun qarşısında necə xidmət göstərdiyini xatırlamayacaq:

“Əgər Paşinyan seçkilərdə qalib gəlsə (bunu çox istəyirəm), Rusiya dərhal B planına keçəcək. Mənim 2007-ci ildə onun Gürcüstandakı planlarını pozub prezident seçkiləri təyin etdiyim və qazandığım vaxt olduğu kimi.

İndi isə ssenari belə olacaq: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək, əlbəttə, o da razılaşacaq. Xalqa isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzuolunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək.

Buna görə də hamımız Ukraynanın güclənməsinə ümid bağlamalıyıq. Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu proqnozumun gerçəkləşməsini istəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının nəhayət ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm”.

Tarix
2026.06.01 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

FHN onlar üçün “açıq qapı günü” tədbirləri keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

Yakov Milatoviç Azərbaycana gəlir

Starmerdən Bakıya məktub: Mühüm tərəfdaş...

Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı: İyun ayında...

Elçin Quliyev iranlı generalla görüşdü - Foto

Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu

Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla