Yuxarı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə xatirə hədiyyəsi kimi qeydi ilə birlikdə Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərib.

Azərbaycan Prezidenti bu addımına görə Trampa minnərdarlığını bildirib və onun nəzakətli jestini yüksək qiymətləndirdiyini söyləyib.

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və imzası ilə birlikdə Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi Vaşinqtonun Bakı ilə münasibətlərin inkişaf xəttinə sadiq olduğu mesajının verilməsi kimi qəbul oluna bilər:

“Əvvəlcə onu qeyd edim ki, Trampın bu hədiyyəni məhz indi – ABŞ dövlət katibi Mark Rubionun Ermənistan səfərindən sonra göndərməsi təsadüfi deyil. Adətən amerikalı rəsmilərin səfərləri regional xarakter daşıyır, dövlət katibi isə yalnız Ermənistana səfər etdi və bunun seçkidən öncə həyata keçirilməsi baş nazir Nikol Paşinyana dəstək, o cümlədən, İrəvanla münasibətlərin davam etdirilməsi marağının nümayişi idi.

Tramp Rubionun səfərindən sonra Əliyevə xatirə hədiyyəsi göndərməklə həm balansı təmin edir, həm də Bakı ilə münasibətlərin Vaşinqton üçün əhəmiyyətini göstərir. Bunu məhz 907-ci düzəlişlə bağlı etməsi də hesablanmış addımdır. Çünki Bakı-Vaşinqton xəttində bu düzəliş daim problemli məsələ olub, Tramp düzəlişi donduraraq, münasibətlərdə yeni mərhələ açdı. Bakıya göndərdiyi hədiyyə ilə də 907-ci düzəlişlə bağlı mövqeyinin dəyişmədiyini sərgiləyir.

Fikrimcə, Tramp Administrasiyasının regional siyasəti, xüsusilə Azərbaycanla münasibətlərə olan maraqları nəhayət 907-ci düzəlişin tamamilə ləğvi məsələsini aktuallaşdıra bilər. Bununla bağlı qərar Konqresdə verilir, hətta müsbət qərar verilməsə belə, bu düzəlişin tamamilə ləğvinin gündəmə gətirilməsi ciddi hadisə olar”.

Tarix
2026.06.01 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla