Yuxarı

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

O, bildirib ki, iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir:

“Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır” .

Fikirlərini davam edən millət vəkili Prezident İlham Əliyevin çıxışında ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı yer alan məqamları xüsusi qeyd edib:

“Son illərdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyini qoruyub saxlaması, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində mövqeyini yaxşılaşdırması və investisiya səviyyəli reytinq əldə etməsi iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, işsizliyin minimum göstəricilər ətrafında saxlanılması və xarici borcun əhəmiyyətli dərəcədə azaldılması iqtisadi dayanıqlığın əsas indikatorları hesab olunur. Bu nəticələr təsadüfi deyil. Onların arxasında enerji gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondu vasitəsilə həyata keçirilən uzunmüddətli strategiya və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət dayanır.

Müasir mərhələdə Azərbaycanın enerji siyasətinin yeni istiqaməti yaşıl enerji və elektrik enerjisi ixracı ilə bağlıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Tarix
2026.06.02 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla