Yuxarı

Bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir:

“Xüsusilə də, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var:

“Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Son illər Milli Məclis bir sıra beynəlxalq parlament tədbirlərinə də uğurla ev sahibliyi edir.

“Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilməsi də bunun göstəricisidir. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılır. Tədbirdə ümumilikdə 400-dən artıq nümayəndə iştirak edir. 22-25 iyun tarixlərində keçiriləcək sessiya çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək. Bütün bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir”.

Tarix
2026.06.22 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Foto

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla