Yuxarı

Mirziyayev səfirimizi təltif etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayev səfirimizi təltif etdi - Foto

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şövkət Mirziyayev bu ölkədəki diplomatik fəaliyyətini yekunlaşdıran Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb.

Məlumata görə, dövlət başçısı Azərbaycan səfirinin səmərəli fəaliyyətini, eləcə də dövlətlərimiz arasındakı müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsindəki fərdi xidmətlərini xüsusi qeyd edib. Ən ali və digər səviyyələrdə mütəmadi dialoq təmin olunub. Ticarət və iqtisadiyyat sektorunda mühüm irəliləyişlər qeydə alınıb: son illər ərzində əmtəə dövriyyəsinin həcmi xeyli yüksəlib, Azərbaycan sərmayəli 280 şirkət fəaliyyətə başlayıb, eləcə də Birgə İnvestisiya Şirkəti yaradılıb. Görüşün sonunda Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsindəki xidmətləri nəzərə alınaraq, Özbəkistan Prezidenti tərəfindən Hüseyn Quliyevə "Mehnat şuxrati" ordeni təqdim edilib.

Öz növbəsində səfir, diplomatik missiyasına verilən yüksək dəyərə, o cümlədən Azərbaycan və Özbəkistanın hərtərəfli əməkdaşlığının genişlənməsinə göstərilən tam dəstəyə görə ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.

Tarix
2026.06.22 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla