Yuxarı

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada "ezamiyyətdə" olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib.

İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, Mixail Qusman burada müəyyən mənada zərər çəkənlərin adından çıxış edir:

“Keçən il məhz bu forumda mənə verdiyi bir suala görə, bildiyim qədəri ilə elə həmin yerdə otururdu, onu onilliklər ərzində xidmət etdiyi, inkişafı üçün böyük əmək sərf etdiyi təşkilatda tutduğu vəzifədən uzaqlaşdırdılar. Ötən il Rusiyada başqa zərər çəkənlər də oldu. Bu gün onlardan birini burada görmürəm. Ümid edirəm ki, həbs edilməyib. Allah ona can sağlığı versin. Bir nəfəri Azərbaycan Prezidenti ilə bağlı müsbət sual verdiyinə görə işdən çıxardılar. Digərini isə Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi üçün "xarici agent" elan etdilər”.

Tarix
2026.07.13 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla