Yuxarı

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

12:51

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Axar.az xəbər verir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırladı.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi.

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırladı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulandı.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.

Tarix
2026.07.21 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

Böyük müharibələrin təsirinə məruz qalmışıq - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla