Yuxarı

Ermənilərdən ATƏT-in Tiflis konfransında təxribat cəhdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən ATƏT-in Tiflis konfransında təxribat cəhdi

Ermənilər ATƏT-in "Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı" mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər.

Report xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edən zaman əksəriyyəti dövlət rəsmilərindən ibarət olan Ermənistan nümayəndə heyətinin üzvləri buna mane olmağa çalışıblar.

H.Hacıyev açıqlamasında bildirib ki, konfrasnda Azərbaycanın bu sahədə olan təcrübəsini bölüşüb.

"Tədbirdə mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları və bunun geniş xarakter almasına toxundum. Həmçinin dezinformasiya və saxta təbliğat kampaniyalarının qarşısının alınması üçün milli səviyyədə Azərbaycan hökumətinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdim", - Azərbaycan XİN sözçüsü bildirib.

Erməni mətbuatında guya H.Hacıyevin tədbirdə çıxışının uğursuz və sona qədər çatdıra bilmədiyi, ermənilərin ona etiraz etdiyi barədə yayılan xəbərləri şərh edən H.Hacıyev deyib ki, bu, ermənilərin saxta xəbərlər və dezinformasiya ilə məşğul olmalarının növbəti nümunəsidir:

"Təəssüflər olsun ki, erməni tərəfi bu dəfə də etik davranış qaydalarından nə qədər uzaq olduqlarını göstərdilər. Ermənistanın dövlət məmurları, Ermənistan Prezidenti Administrasiyasının, XİN-in və mediasının nümayəndələri öz səviyyələrini göstərdilər. Onlar çox aqressiv, kobud şəkildə prosesə müdaxilə etmək istəyirdilər, amma biz prosesi, çıxışımızı axıra qədər davam etdirdik və auditoriyanın çoxsaylı suallara cavab verdik".

Tarix
2017.05.11 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla