Yuxarı

Bu məsələ Araz Əlizadəni “incidir” – MM-də qalmaqal

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələ Araz Əlizadəni “incidir” – MM-də qalmaqal

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar – Qüdrət Həsənquliyevlə Araz Əlizadə arasında mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, millət vəkili Araz Əlizadə iclasda çıxışı zamanı Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:

“Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə “Ermənistanın arxasında başqa dövlətlər dayanır” kimi Azərbaycan xalqını ruhdan salan fikirlər səsləndirilir. Hörmətli spiker, bu cür fikirlərin səsləndirilməsinə imkan vermək olmaz. Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Cənab Prezident İlham Əliyev də lazım gələn zaman bu əmri verəcək. Bunun əleyhinə müzakirələrin aparılması yolverilməzdir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə Araz Əlizadənin bu çıxışına sərt şəkildə cavab verib:

“Araz Əlizadənin hara bağlı olduğunu yaxşı bilirəm. Araz Əlizadəni incidən mənim burada Rusiyanı tənqid etməyimdir. Çünki Araz Əlizadə və Ayaz Mütəllibov daim Rusiyanı müdafiə edirlər. Ona görə mənim çıxışıma belə reaksiya verdi. Mən bir daha deyirəm ki, işğalçı Ermənistanın arxasında Rusiya dayanır. Bu baxımdan da mən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini yüksək qiymətləndirirəm”.

Tarix
2018.10.01 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla