Yuxarı

Paşinyanın AŞPA çıxışı Kremli narahat etdi: Nəzarət artır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qarabağ danışıqlarında Ermənistanı nəzarətsiz buraxmaq istəmir.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, görüşün Moskvada keçirilməsi Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli danışıqlar formatının bərpa olunmasından xəbər verir:

“Azərbaycan-Rusiya-Ermənistan formatı ötən illərdə də mövcud idi, ancaq müxtəlif səbəblər və Ermənistanda gedən siyasi proseslərlə əlaqədar olaraq öz işini dayandırmışdı. İndi bu üçtərəfli formatın bərpa olunması önəmlidir. Rusiya danışıqlarda tərəf kimi çıxış etməklə münaqişənin tənzimlənməsi ilə bağlı prosesə və Ermənistana nəzarəti artıracaq. Düzdür, Rusiya onsuz da danışıqlarda vasitəçi idi, ancaq Moskvanın danışıqlara yenidən qayıdışı heç də səbəbsiz deyil. Ermənistanın son vaxtlar daha çox “müstəqil” addımlar atmağa çalışması Moskvanı çox narahat edir. Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-da, daha sonra isə Paşinyanın AŞPA-da çıxışı açıq şəkildə digər oyunçuların prosesə cəlb edilməsinə xidmət edir. Təbii ki, bunu anlayan Rusiya Qarabağ danışıqlarında Ermənistanı nəzarətsiz buraxmaq istəmir”.

Politoloq Paşinyanın görüş ərəfəsində “sülh carçısı” kimi görünmək cəhdlərinə də aydınlıq gətirib:

“Paşinyanın məqsədi Ermənistanın sülhpərvər dövlət imicini yaratmaq və bununla da Moskva görüşündən rahatlıqla can qurtarmaqdır. Nikol hazırda Rusiyaya guya sülh tərəfdarı olduğunu göstərməyə çalışır. Ancaq bundan öncəki çağırışları nəzərə alsaq, işğalçı hər vəchlə müxtəlif təxribatlara əl ataraq müharibə ehtimallarını artırmağa çalışmaqda davam edəcək. Ermənistan başa düşür ki, danışıqlar prosesi uzandıqca müharibə ehtimalı artır, ona görə də “sülh” adı altında müharibəyə hazırlıq görür. Sözsüz ki, Bakı İrəvanın bütün vasitələrlə onu hərbi əməliyyatlara sürüklədiyini bilir və buna məhəl qoymayaraq, danışıqlarda iştirak etməklə düşmənin bütün təxribatlarını önləyir”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində aparılan danışıqların növbəti mərhələsi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında aprelin 15-də Moskvada baş tutacaq.

Tarix
2019.04.13 / 15:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla