Yuxarı

Qarabağ ermənilərindən Nikola etiraz: Adımızdan danışma!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ ermənilərindən Nikola etiraz: Adımızdan danışma!

Ermənistanın Baş naziri Nikol Paşinyan sələfi Serj Sərkisyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır.

Report xəbər verir ki, bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat”ın bəyanatında bildirilib.

Sənəd Tiflisdə təsis olunan Ümumqafqaz Evi beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.

Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndidə meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır:

"Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.

Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianların irsinin bərpası üzrə hərəkat”ın fəalları imzalayıblar.

Tarix
2019.08.15 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla