Yuxarı

Azərbaycan ABŞ-a məktub ünvanladı - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ABŞ-a məktub ünvanladı - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ konqresmenlərinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib.

O, Report-a bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq olunur: "ABŞ Konqresinin üzvləri Frenk Pallon və Ceki Spier bir neçə il bundan öncə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdikləri üçün adları “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşlar” siyahısına daxil edilmişdi. Bu yaxınlarda qanunsuz səfər edən Judi Çunun adı da sözügedən siyahıya daxil edilib. Konqresin bu üzvlərinə münasibətdə Azərbaycan ərazisinə giriş məhdudiyyəti tətbiq edilməklə yanaşı, bu məsələ ilə bağlı narazılıqlarımız Dövlət Departamentində və Ağ Evdə keçirilən görüşlər zamanı tərəfimizdən qaldırılıb. Ölkəmizin ABŞ-dakı Səfirliyi Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb".

Biz hiss edirik ki, Administrasiyanın özü də Konqres üzvlərinin ABŞ-ın rəsmi siyasətinə uyğun gəlməyən və təxribat xarakterli addımlarından məyusdur. Faktiki olaraq, Konqresin bəzi ermənipərəst üzvlərinin bu kimi məsuliyyətsiz davranışı ABŞ siyasətinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu ölkənin ümumilikdə sülh prosesindəki səylərinə xələl gətirir. Baxmayaraq ki, bir müddət öncə Konqresin üzvü Judi Çu bölgədə dayanıqlı sülhü görmək istədiyini bəyan etsə də, təəssüf ki, elə onun öz hərəkətləri sülh perspektivlərini və ABŞ-ın vasitəçiliyini zəiflədir. Bizə aydındır ki, işğal edilmiş ərazilərimizə gedən Konqres üzvlərinin səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib", - deyə L.Abdullayeva qeyd edib.

Tarix
2019.10.22 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla