Yuxarı

Bakı bu fonddan yaxasını vaxtında qurtardı - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soros Fondunun bu gün Azərbaycan ilə bağlı sərgilədiyi qərəzli mövqeyi anlamaq üçün ilk növbədə bu fondun fəaliyyəti ilə yaxından tanış olmaq lazımdır. Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tamamilə uzaq olduğunu hər dəfə nümayiş etdirir. Fondun məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması bir daha bunu sübut edir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Soros Fondunun Azərbaycan ilə bağlı sərgilədiyi qərəzli mövqeyi şərh edərkən deyib. Politoloq bildirib ki, Soros Fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur:

“Corc Soros bu fondla yanaşı dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. Soros uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond, əslində, Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı”.

Politoloqun sözlərinə görə, Soros Fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir:

“Soros Fondunun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir.

Fond müntəzəm olaraq Azərbaycan əleyhinə bəyanatlar, qərəzli mövqelər verməkdə davam edir. Xüsusilə, insan haqları, siyasi həbslər, QHT-lərə təzyiq mahiyyətli bəyanatlar heç bir reallığı əks etdirmir. Ölkə başçısının bu gün daxili siyasi kursuna baxdıqda ölkədəki bütün siyasi partiyalara dəstək verdiyini, onlarla fərdi söhbətlərin keçirilib problemlərinin dinləndiyini görürük. Bu il ərzində azadlığa buraxılan siyasi məhbuslar isə özlüyündə böyük bir addımdır. Bütün bu faktları isə Soros Fondu niyəsə görmür, ya da görmək istəmir. Bütün bu və bu kimi hallar bir daha fondun heç də demokratik dəyərlər əsasında fəaliyyət göstərmədiyini sübut edir”.

Tarix
2020.08.04 / 08:30
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla