Yuxarı

Afinanın Türkiyəyə qarşı şok planı: Aralığı ələ keçirir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanla Türkiyə arasında Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlikdə rəsmi Afina haqsızdır. Çünki Türkiyə BMT-nin 1982-ci il tarixli 3 nömrəli beynəlxalq dəniz hüququ konvensiyasına qoşularkən dövlət sularını 1961-ci il konvensiyasına uyğun olaraq 6 mil qəbul etdi. Türkiyə bu şərti ona görə qoymuşdu ki, Yunanıstan bu məsafənin nə vaxtsa 12 mil olaraq uzanmasını tələb edə bilməsin.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Şərqi Aralıq və Egey dənizində Yunanıstanla Türkiyə arasında davam edən gərginliyin hüquqi aspektləri haqda danışarkən deyib.

O bildirib ki, Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik heç də yeni bir problem deyil:

“1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna razılaşmasına əsasən, Egey dənizində yerləşən 12 ada və bir sıra qayalıq statusuna malik adacıqlar Yunanıstana verildi. Bunlar arasında Türkiyənin qitə sərhədləri sayılan adalar da var. Yəni hazırda iki dövlət arasında baş verən gərginliyin başlıca səbəbi adaların qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsidir”.

Professorun sözlərinə görə, rəsmi Afina guya hüquqi əsaslarla öz dəniz sərhədlərini genişləndirməyə çalışır:

“Ümumiyyətlə, beynəlxalq dəniz hüququnda “ərazi suları” deyilən bir anlayış var. Hər bir dövlətin ərazi sularının konkret uzunluğu mövcuddur. Onu da deyim ki, bu uzunluq hər zaman eyni olmayıb. İlk vaxtlar dövlətlərin ərazi suları nisbətən ibtidai yolla, daha çox top atəşi ilə hesablanırdı. Top atəşi nəticəsində dövlətlərin ərazi suları orta hesabla bir dəniz mili olaraq qəbul edilirdi. Sonrakı illərdə bu uzunluq 3 dəniz milinə qədər qaldırıldı. Bu gün iki ölkə arasında mübahisəli ərazi hesab edilən adalar Yunanıstana veriləndə dövlətlərin ərazi suları 3 dəniz mili hesablanırdı. Lakin sonrakı illərdə dəniz sərhədlərini müəyyən edən bir neçə konvensiya qəbul edildi. 1961-ci il konvensiyasına görə, dövlətlərarası dəniz sərhədləri 6 mil olaraq təyin edildi. 1982-ci il tarixli konvensiyada isə bu məsafə 12 dəniz milinə qədər qaldırıldı. Lakin bəzi ölkələr bu konvensiyanı qəbul edərkən müəyyən şərtlər irəli sürdü.

Yunanıstan bu gün 1982-ci il konvensiyasını əsas gətirərək, Türkiyə ilə arasındakı ərazi sularının 12 mil olmasını tələb edir. Türkiyə isə iki ölkə arasında ərazi sularının 1961-ci il konvensiyasına əsasən 6 mil olmalı olduğunu bildirir”.

F.Mehdiyev qeyd edib ki, dövlətlərin ərazi sularından ticarət gəmiləri rahatlıqla keçə bilər, hərbi gəmilərin isə yalnız icazə əsasında keçməsinə imkan verilir:

“Yunan adaları arasındakı məsafə çox qısadır. Əgər məsafə Afinanın istədiyi kimi, yəni 1982-ci il konvensiyasına görə həll olunsa, onda bəhs etdiyimiz ərazi Yunanıstanın dövlət suları olacaq. Yəni Türkiyə rəsmi Afinadan icazəsiz nə Egeydə, nə də Şərqi Aralıqda qayıq belə üzdürə bilməz. Türkiyə bu səbəbdən bu gün Yunanıstanla gərginlik yaşayır. Bu plan Egey dənizinin faktiki olaraq Yunanıstanın daxili dənizi olması deməkdir”.

Tarix
2020.09.01 / 16:27
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla