Yuxarı

Prezident yunan səfirlə niyə fərqli danışdı? - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Ermənistan Yunanıstan ilə Türkiyə arasında Aralıq dənizinin şərqində baş verən qarşıdurmaya konfrontasiyaya yönəlmiş rəsmi münasibət bildirdi. Məsələyə Türkiyə tərəfinin də cavabı qəti oldu. Ermənistanın əksinə, Azərbaycanın səsləndirdiyi mövqe daha adekvat və məqbuldur.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin ünvanı bəlli idi:

“İlk olaraq onu qeyd edim ki, etimadnamə bir dövlət başçısının digərinə göndərdiyi məktubdur. Etimadnamədə səfirin qəbul edilməsi istənilir. Etimadnaməyə dövlət başçısı qol çəkir və təsdiq edir. Bu prosesdən sonra isə təyin edilən diplomatla onu qəbul edən dövlət başçısı arasında ölkələrarası münasibətlər müzakirə edilir.

Ölkə başçısı Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən nisbətən fərqli bir üslubdan istifadə etdi. Bundan əlavə, söhbətin bir hissəsi ictimaiyyətə təqdim edildi. Bu, ciddi bir mesaj idi. Çünki hər bir səfir etimadnaməsini təqdim edəndən sonra həmin görüş barədə ölkəsinin həm Xarici İşlər Nazirliyinə, həm də dövlət başçısına məlumat verir. Düşünürəm, ölkə başçısının səfirin etimadnaməsini qəbul edərkən söhbətin bir hissəsini ictimaiyyətə təqdim etməsi eyni zamanda yunan ictimaiyyətinə də bir mesajı idi. Çünki bu məlumatları təkcə Azərbaycan ictimaiyyəti deyil, Yunanıstan ictimaiyyəti də oxuyacaq”.

Politoloq qeyd edib ki, Yunanıstan bizim üçün vacib partnyordur:

“Azərbaycan-Yunanıstan münasibətlərinin hər zaman yaxşı olmasının başlıca səbəbi ölkələrarası iqtisadi münasibətlərin çoxtərəfliliyidir. Bundan əlavə, Azərbaycan Türkiyə ilə Yunanıstan arasında müəyyən vaxtlarda baş verən problemlərin həllində uğurlu vasitəçi ölkə olub. Lakin ölkə başçısının Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən problemlərdən bəhs etməsinin əsas səbəbi həm iqtisadi sahədə yaşanan anlaşılmazlıq, həm də Türkiyə-Yunanıstan münasibətlərinin böhran vəziyyətində olmasıdır. Lakin mən əminəm ki, məsələ müharibə müstəvisinə keçmədən Türkiyənin istədiyi kimi, danışıqlar formatında öz həllini tapacaq”.

Tarix
2020.09.03 / 13:29
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla