Yuxarı

Ermənistan başqa yol qoymamışdı – Fərid Şəfiyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan başqa yol qoymamışdı – Fərid Şəfiyev

Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir.

Axar.az xəbər verir ki, bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan Silahlı Qüvvələrinin törətdiyi son təxribata dair şərhində əksini tapıb.

“Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan “yeni ərazilər uğrunda yeni müharibə” şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu Yorkda çıxışı zamanı bəyan edib.

Son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq, mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub. 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb.

Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.

Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur.

Ölkə başçısı İlham Əliyevin bugünkü təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq.

Tarix
2020.09.27 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla