Yuxarı

İlham Əliyevin qətiyyətli mövqeyi... – Kılıç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin qətiyyətli mövqeyi... – Kılıç

Türkiyənin nüfuzlu TRT HABER telekanalı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurmanın səbəb və nəticələri ilə bağlı xüsusi proqram yayımlayıb.

Axar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, görkəmli alimlər Toğrul İsmayılov, Çağrı Erhan və Giray Sadık tanınmış teleaparıcı Bətul Soysal Bozdoğanın qonağı olublar.

Efir qonaqları yaranmış gərginliyi ayrı-ayrı istiqamətlər üzrə təhlil ediblər. Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına müraciəti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi, Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin rəsmi məlumatları, təcavüzkar tərəfin hücumlarının səbəb və məqsədləri, düşmənin mülki əhalini atəşə tutması, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, dünya ictimaiyyətinin münaqişənin qızışmasına münasibəti və digər mühüm məsələlər barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Ermənistanın işğalçılıq siyasətinə son verilməsi üçün tarixi imkan yaradıb.

Tarix
2020.09.28 / 06:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla