Yuxarı

Fransanın Bakıya qarşı qətnaməsi: Xəbərdarlıq etməliyik!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın Bakıya qarşı qətnaməsi: Xəbərdarlıq etməliyik!

Fransa Senatı gələn həftə keçmiş “dqr”in “müstəqilliyini” tanımağa çağıran qətnamə layihəsini müzakirəyə çıxaracaq. Layihənin müəlliflərindən biri, Senatda Respublikaçılar fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, tanınma türk-islamçı ekspansionizmi qarşısında (keçmiş) Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, layihənin müəllifi müsahibə verərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib:

“Deməli, bunlara elə gəlir ki, Azərbaycan Ordusundan başqa müharibədə Fransanın bütün rəbiqləri iştirak edib. Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann Hidalqo da “qətnamə layihəsi” müəllifləri ilə həmfikirdir.

Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır. Fransa Prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, həmin qətnamənin dəstəklənməsinin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Biz Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq: “Sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə riskini artıracaq”. Yəni onlara anlatmalıyıq ki, “qətnamələr”iniz erməniləri qorumaq əvəzinə, onların problemlərini artıracaq”.

Tarix
2020.11.20 / 10:09
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

AB səfiri XİN-ə çağırıldı

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla