Yuxarı

Bakıya dəstək olan fransız senator detalları açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Fransa Senatının üzvü Natali Qulenin (Nathalie Goulet) Publika.az-a müsahibəsini təqdim edir:

- Madam Qule, Fransanın bu ədalətsiz qərarında Azərbaycanın yanında olduğunuz üçün minnətdaram.

- 12 ildir ki, Azərbaycanla dostluq edirəm. Bu müddət ərzində fəaliyyətimdə Azərbaycanın təbliğatı geniş yer alıb. Ən böyük istəklərimdən biri də o olub ki, azərbaycanlılar öz tarixi torpaqlarına - Qarabağa qayıtsınlar. Çıxış etdiyim bütün tədbirlərdə də bu amalıma sadiq qalmışam.

- Dünən Fransa Senatının qəbul etdiyi qərar bir daha sübut etdi ki, yüzlərlə senat üzvü coğrafiyadan, tarixdən xəbərsizdirlər...

- Bəli, səsvermə elektron üsulla gerçəkləşdi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanımayan yeganə senat üzvü mənəm. 5-6 nəfər isə bitərəf qaldı. İnanın, səs verənlərin çoxu həyatlarında bir dəfə də olsun Qarabağın xəritəsini görməyiblər. Bütün bu oyunlar erməni lobbisinin siyasi təxribatdır.

- Madam Qule, sizin səsvermənizdə də bir sıra yanlış məqam olduğu vurğulandı. Təbii ki, bu səsvermədə Ermənistanın yanında olduğunuza inanmadıq...

- Qeyd etdiyim kimi, səsvermə elektron şəkildə gerçəkləşdi. Dünən senatda olmamışam. Ən əsası Azərbaycanın qarşısında deyil, yanındayam. Səsvermə zamanı da bunu sübut etdim. Lakin elektron səsvermədə sistemin yanlışı nəticəsində səsim səhv şəkildə qeydə alındı. Fransanın erməni lobbisi çox güclüdür. Onların arasında media sahibləri var. Lakin istəyirəm biləsiniz ki, mən Azərbaycana qarşı səs verməmişdim. Elə bu gün də sırf bu məqsədlə senata getdim. Hər şeyi izah etdim. Səsim qeydə alındı.

- Sizcə, səsinizi oğurlamışdılar?

- Mən dünən heç sessiyada olmamışam. Baş verənlər özümə də çox təəccüblü gəldi. Bu, necə ola bilərdi? Çox müəmmalı qaldı. Amma gedib, hər şeyi Senatda olduğu kimi danışdım. İnanın ki, səsimin niyə dəyişdirildiyi haqda heç bir fikrim yoxdur. Senatda Azərbaycanın yanında olan yeganə üzv mənəm. Azərbaycan xalqını sevirəm. Qarabağa döndüyünüz üçün xoşbəxtəm. Xalqınıza sülh arzu edirəm.

Tarix
2020.11.26 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla