Yuxarı

Yaponiya KİV Moskva görüşündən yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya KİV Moskva görüşündən yazdı

Yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü Yaponiya kütləvi-informasiya vasitələrinin də diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, Yaponiyanın NHK telekanalı və “Nikkei” qəzeti Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən görüş, müzakirə olunan məsələlər və qəbul edilən üçtərəfli bəyanat barədə ətraflı məlumat yayıblar. İnformasiyalarda vurğulanıb ki, bu, ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan müharibədən sonra tərəflər arasında keçirilən ilk görüşdür.

Bildirilir ki, görüşdən sonra açıqlama verən liderlər üç ölkənin icra strukturlarının iştirakı ilə bərpa işlərinin aparılması məqsədilə işçi qrupun yaradıldığını elan ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevə istinadla atəşkəs haqqında razılaşmanın icra olunduğu və hazırkı vəziyyətlə əlaqədar məmnunluğunu ifadə etdiyi vurğulanıb.

Yazılarda münaqişənin tarixinə nəzər salınıb, Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarının son döyüşlər nəticəsində azad edildiyi qeyd olunub.

Tarix
2021.01.12 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla