Yuxarı

Əliyevlə Nikolun “salam”ı gündəm oldu: nələr yazılır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə vaxtsa belə bir deyim oxumuşdum: əllə görüşmək tərəflərdə silahın olmadığının əlaməti, barışıq təklifidir. Yəni çağdaş dünyamızda etiket qaydasına çevrilən əl sıxıb görüşmək qədimdən bəri barışı, mehribanlığı özündə əks etdirən və təhtəlşüurda da bu cür qalan qaydadır.

Yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşdə isə işğalçı ölkənin baş naziri Nikol Paşinyan “beynindəki silahı” Azərbaycana qarşı tuşladığına görə bu dəfə əli sıxılmadı. Halbuki Münhen Təhlükəsizlik Konfransında əli sıxılmış, barış mesajı verilmişdi. Mesajı ala bilmədi, “beynində gəzdirdiyi silah” başına Dəmir Yumruğun vurulmasına səbəb oldu.

Müharibədən sonra ilk görüş idi Moskvada, ona görə də İlham Əliyevin və Nikol Paşinyanın hər bir jesti onların müzakirə edəcəyi məsələlərdən heç də az əhəmiyyət daşımırdı.

Dörd saat davam etmiş görüşdə iki ölkə rəhbərinin əvvəlki görüşlərdən fərqli olaraq, əllə görüşməmələri, sadəcə baş hərəkəti və bir kəlmə ilə salamlaşmaları xarici media orqanlarının, eləcə də ekspertlərin müzakirə mövzusuna çevrilib.

Maraqlıdır ki, “Moskvovskiy Komsomolets” qəzetinin əməkdaşı Yelena Yeqorova “Paşinyan və Əliyev Putin qarşısında bir kəlmə ilə fikir bölüşdülər” sərlövhəli məqaləsində yazır: “Ermənistan və Azərbaycan liderləri məlum səbəblərdən bir-birinin əlini sıxmadılar. Ancaq şifahi salamlaşdılar. Artıq özlərinə ayrılmış yerlərdə əyləşən Paşinyan və Əliyev bir-birlərinə baxıb ağızucu salamlaşdılar: "Salam!" - "Salam!" Görüşün protokol xarakterli hissəsində onların ağzından daha heç bir söz eşidilmədi: Belə olan halda, mübahisələrin və ittihamların qarşısını almaq üçün sözləri Vladimir Putin söylədi”.

Məqalə müəllifi, həmçinin Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin fərqli qapılardan içəri daxil olmalarına, stulların oval masa ətrafında sosial distansiya nəzərə alınmaqla yerləşdirilməsinə diqqət çəkib.

Rusiyanın “Kommersant” qəzeti isə 44 günlük savaş aparmış rəhbərlərin əllə görüşməməsini qeyd edərək, haşiyəyə çıxıb və “əllə görüşmələri həqiqətən də aşırı olardı” - deyə qeyd edib.

Qəzet daha sonra Rusiya prezidentinin azərbaycanlı həmkarı ilə görüşünə daha çox diqqət çəkib: “İlham Əliyevin Vladimir Putinə yaxınlaşaraq görüşü uzatdığı əllə məhdudlaşdırmaq istədiyi aydın idi. Görünür, rusiyalı həmkarının protokol qonaqpərvərliyinin hüdudlarını düşünməmişdi. Ancaq Vladimir Putinin ona tərəf yönəldiyini görəndə onun bu addımına entuiazmla cavab verdi və həmkarını qucaqladı, təkrarən əl sıxdılar...”

“Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov Paşinyanın çantasına diqqət çəkərək bildirib ki, o, çantadan hansısa kağız çıxarmaq istəyib. Özündən əmin olmayan baş nazir bu taleyüklü görüşə bəlkə “şparqalka” ilə gəlib?!

“Kommersant” müxbiri yazır: “Görünür, Rusiya prezidentinin salamlaşmasından sonra qonşu otağa keçəcəklərindən və kağızları təzədən portfelinə yığmalı olacağından xəbərsizmiş. İlham Əliyevə isə heç bir kağız lazım deyildi: Ona lazım olan bütün məlumatlar, həmişəki kimi, zehnindədir”.

Moskva görüşündə Nikol Paşinyanın davranışı, eləcə də rəhbərlərin görüşmə tərzləri Ermənistan mediasında da diqqətlə izlənilib. Ermənistanın “5 TV kanalı” Moskva görüşü ilə bağlı hazırladığı videoreportajda Rusiya Prezidenti Vladimir Putinin Paşinyanla müqayisədə Azərbaycan Prezidenti İlham Əliyevlə xüsusi sıcaq görüşməsini açıq şəkildə qeyd edir. Reрortaj bu cümlələrlə başlayır: “Rusiya prezidenti Əliyevin əlini sıxır, qucaqlayır və yenidən əlini sıxır. Paşinyanın əlini sıxır, qucaqlayır və tez oturmağı təklif edir. Və digər görüşlərdən fərqli olaraq, Ermənistan və Azərbaycan rəhbərləri əl sıxmırlar. Sadəcə sözlə salamlaşırlar...”

Moskva görüşünü xüsusi olaraq işıqlandıran Türkiyə mediası bir sıra məqamlara diqqət çəkib. “Milliyyət” qəzeti yazıb: “Kremlin təqdim etdiyi kadrlarda Putinin qonaqlarla qucaqlaşdığı, Əliyev və Paşinyanın isə bir-birilə əl sıxmaması diqqəti çəkdi. Eləcə də Paşinyanın yanındakı çanta da diqqətdən yayınmadı”.

“İhlas” xəbər agentliyi Moskva görüşü ilə bağlı “Rusiya mətbuatı görüşdən yazdı: Paşinyanla baş etmək çətin olmadı” sərlövhəli məqalədə görüşün diqqət çəkən məqamlarına toxunulub.

Bəlkə də öz ölkəsində keşişlə salamlaşarkən əli havada qalan Paşinyan Moskvada da eyni vəziyyəti yaşamamaq üçün masa arxasına birinci keçən Azərbaycan liderinə çəkinərək “zdravstvuyte” deyib əyləşməklə kifayətləndi və portfelini eşələməyə başladı...

Bu, əslində, dünyanı öz yalanları ilə aldadan ermənilərin fakt qarşısında qalarkən illərdir davam edən halıdır...

Tarix
2021.01.13 / 14:12
Müəllif
Əfsanə Bayramqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla