Yuxarı

Zərif Moskvadan səsləndi: Qarabağın çiçəklənməsi üçün...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərif Moskvadan səsləndi: Qarabağın çiçəklənməsi üçün...

İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi əraziyə ən yaxın ölkədir və son 30 ildə, bu münaqişənin lap əvvəlindən öz sərhədlərində qeyri-sabitlik və qaçqınlar axını ilə üzləşib.

Axar.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, münaqişənin nizamlanması İranın milli təhlükəsizliyi baxımından çox vacibdir, çünki münaqişə bu ölkənin sərhədinin yaxınlığında baş verirdi.

“Ötən ilin yayında və payızında Qarabağda münaqişə eskalasiya mərhələsinə çatandan sonra İran İslam Respublikası regional həll variantı təqdim etmək üçün çox səy göstərib. Bununla əlaqədar mən bir neçə dəfə cənab Lavrovla telefonla söhbət etmişəm, İran Prezidentinin xüsusi nümayəndəsi – xarici işlər nazirinin müavini regionda səfərdə olub və Qarabağ münaqişəsinə son qoymaq barədə bizim sülh planımızı təqdim edib”, - nazir qeyd edib.

Cavad Zərif məmnunluqla bildirib ki, Dağlıq Qarabağda münaqişə Rusiya Federasiyasının vasitəçiliyi ilə həll edilib. O deyib: “Biz çox şadıq ki, yanvarın 11-də Rusiyanın vasitəçiliyi ilə bu məsələdə irəliləyiş başlanıb. Bu qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Onlar bu münaqişənin həlli yolunda irəliləyirlər. Fikrimcə, bu gün Qarabağda firavanlıq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün, xüsusilə iqtisadi və nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb. Beləliklə, biz xalqların əziyyətini azalda, tarixi fikir ayrılıqlarını aradan qaldıra, insanların həyatını qoruyub saxlaya biləcəyik. Bunun üçün zəmin hazırlanıb”.

Nazir bu səfəri çərçivəsində Cənubi Qafqazın üç ölkəsində, həmçinin Rusiyada və Türkiyədə olacağını, əməkdaşlıq barədə təkliflərin müzakirə ediləcəyini vurğulayıb.

Cavad Zərif daha sonra deyib: “Ümidvaram ki, o biri ölkələrə səfərimiz zamanı da bu cür münasibətlə qarşılaşacaq və gələcəkdə regionda qarşılıqlı fəaliyyət sisteminə doğru irəliləyəcək, əməkdaşlıq üçün, daha yaxşı gələcək qurulması üçün yaranmış imkanlardan istifadə edəcəyik”.

Tarix
2021.01.26 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla