Yuxarı

Bayramov peyvəndlə bağlı dünya ölkələrinə çağırış etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov peyvəndlə bağlı dünya ölkələrinə çağırış etdi

Sessiyamız COVİD-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir.

Qoşulmama Hərəkatının hazırki sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVİD-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir.

İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVİD-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVİD-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq", - nazir qeyd edib.

Tarix
2021.02.22 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto

Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

Andrey Babiş Bakıya gəlir

Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

19 azərbaycanlının quru yolu ilə Ermənistana səfəri…

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla