Yuxarı

Ankara Qahirə ilə aradakı “buzları” əridir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-İsrail münasibətləri ilə paralel olaraq Türkiyə-Misir münasibətlərinin də normallaşacağı gözlənilən idi. Xüsusilə regionda bu kimi müsbət siyasi proseslərin cərəyan etməsi Bayden administrasiyasının fəal şəkildə regionda müttəfiqləri arasında mövcud problemləri həll etmək istədiyini göstərir. Düşünürəm ki, bu proseslərdə birbaşa Bayden administrasiyasının rolu var.

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə və Misirin yaxınlaşmasını şərh edərkən deyib.

O bildirib ki, Türkiyə-İsrail və Türkiyə-Ərəb ölkələri yaxınlaşması son bir neçə ayda müşahidə olunur:

“Ərəb ölkələri ilə rəsmi Ankaranın müəyyən mənada yaxınlaşması və siyasi dialoqa girməsi müsbət hadisədir. Misir bölgədə karbohidrogen yataqları ilə bağlı 24 layihə üzərində çalışır. Bu layihələrin birinin olduğu bölgə Türkiyənin BMT tərəfindən təyin edilən dəniz sərhədi nəzərə alınaraq hazırlanıb. Hesab edirəm ki, bu, iki ölkə arasında mövcud gərginliyin azalması, hətta yenidən bərpa edilməsi üçün mühüm addımır.

Məsələ ondadır ki, Yaxın Şərqdə yeni bir dövr başlayıb. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, Qərbin müttəfiqləri Yaxın Şərqdə aparıcı rola malik olan ölkələr, o cümlədən Misir-Türkiyə faktorunu qəbul etmək məcburiyyətindədir. Bu ölkələr gec də olsa, başa düşürlər ki, rəsmi Ankaranın maraqları var və bununla barışmaq məcburiyyətindədirlər.

Ankara Qahirə ilə dəniz yurisdiksiyasının təyin olunması ilə bağlı danışıqların başlayacağı mesajını da verib. Bu da öz növbəsində təkcə Qahirənin deyil, eyni zamanda Ankaranın da bu yaxınlaşmadan məmnun olduğunu göstərir. Lakin bu da bir reallıqdır ki, Türkiyə hərbi çevriliş ilə hakimiyyətə gələn Sisi hökumətini tanımır və bu istiqamətdə güzəştə gedib-getməyəcəyi də bəlli deyil. Yəni hazırkı prosesdə tərəflərin bir-birinə yaxınlaşmaq istədiyini müşahidə etsək də, iki ölkə arasında həllini tapmayan problemlər də kifayət qədərdir”.

V.Zifəroğlunun sözlərinə görə, ABŞ Prezidenti Bayden xarici siyasət kursunu elan edərkən yeni bir Yaxın Şərq strategiyasının olacağını da açıqlamışdı:

“Müəyyən mənada bu gün biz bunu müşahidə edirik. Bu strategiyada, görünür, Türkiyənin də özünəməxsus rolu var. Onu da deyim ki, Bayden hər nə qədər Türkiyə əleyhinə çıxışlar etsə də, real siyasətdə əslində Ankara ilə əməkdaşlıqda maraqlıdır. Çünki Türkiyə regionun aparıcı ölkəsidir. Regionu hər mənada yaxşı tanıyır və təsir etmək imkanları da yüksəkdir. Bu reallıqlar çərçivəsində Vaşinqtonun Ankara ilə birgə hərəkət etməsi əslində onun özü üçün vacibdir. Digər tərəfdən, bu gün Yaxın Şərqdə ABŞ üçün real təhdid ola biləcək qüvvələr də var. Buna misal olaraq İran və Rusiyanı göstərmək olar. Türkiyə isə eyni zamada bu iki ölkə ilə də əməkdaşlıq etməkdədir. Yəni ABŞ-ın Yaxın Şərq maraqları üçün rəsmi Ankara ilə birlikdə hərəkət etməsi düşünülmüş strateji gedişdir”.

Tarix
2021.03.08 / 16:35
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla