Yuxarı

Azərbaycanla Türkiyə arasında Birgə Komissiya yaradılır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Türkiyə arasında Birgə Komissiya yaradılır

Azərbaycanla Türkiyə arasında növbəti Birgə Komissiyanın yaradılması nəzərdə tutulur.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə maddə var.

Sazişi aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurəddin Canıklı imza atıb.

Sənəddə göstərilir ki, Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq.

Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.

Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.

Sazişə əsasən, Komissiyada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə sədrlik edəcək.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətində Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədr olacaq.

Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin silahlı qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.

Tarix
2021.04.07 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla