Yuxarı

Bu ölkəni Qarabağdakı bərpaya yaxın buraxmaq olmaz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı “müharibə tamaşa predmeti olmamalıdır” sözlərini deməsi qəribədir. Əvvəla onu deyim ki, heç bir ölkə Azərbaycanın atdığı addımla bağlı ona irad bildirə bilməz. Digər tərəfdən, bunu o ölkənin səfiri deyə bilərdi ki, heç olmasa yaxın keçmişi soyqırım aktları ilə zəngin olmasın. Rəsmi Paris yüz ildən artıq Afrikanın 60 faizini müstəmləkəsində saxlayaraq, qitənin sərvətlərini taladığını, insanlarına qarşı törətdiyi soyqırımları nə tez unudub?

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı “müharibə tamaşa predmeti olmamalıdır” şərhinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu gün Ruanda Əlcazairdə və digər Afrika ölkələrində fransızların törətdiyi soyqırım aktları ilə bağlı muzeylər, abidələr, parklar var:

“Rəsmi Paris heç olmasa bir dəfə bizi yaxşı mənada təəccübləndirə bilərdi. Lakin görünür bu, mümkün deyil. Bəlkə də Hərbi Qənimətlər Parkının açılışı Ermənistandan çox rəsmi Parisi narahat edir.

Ümumiyyətlə, Fransa niyəsə Ermənistanla bağlı ən adi məsələyə reaksiya bildirməyi özünə borc bilir. Lakin birmənalı olaraq deyə bilərəm ki, Fransa Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı Azərbaycana irad tutacaq ən sonuncu ölkə belə deyil.

Birincisi, Fransa tarixi müharibələr, soyqırımlar, müstəmləkəçilik, quldarlıq kimi insanlığa vurulan ləkələrlə zəngin bir ölkədir. Fransa səfiri yəqin ki, bu gün ölkəsinin apardığı çoxsaylı müharibələrlə bağlı müxtəlif muzeylərdə sərgilənən hərbi qənimət “tamaşalarını” unudub. Bütün bunları edən bir ölkənin səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı öyrədəcək?

İkincisi, Fransa bizi vandal, barbar kimi göstərməyə çalışmaqdansa ölkəsində günü-gündən artan ultramilliyyətçiliyi, neonasizm hərəkatı, dini dözümsüzlük, isalamafobiya kimi neqativ halları aradan qaldırsın. Azərbaycan heç bir ölkənin, hətta Ermənistanın belə dini dəyərlərini lağ obyekti etmir. Lakin bu gün islam müqəddəslərinin, müsəlmanların peyğəmbəri ilə bağlı karikaturalar, tamaşalar məhz Fransada göstərilir.

Üçüncüsü, Fransanın Ermənistandakı səfirinin bu sözləri ölkəsinin ikibaşlı siyasət apardığını bariz şəkildə sübut edir. Çünki 44 günlük müharibədən sonra Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross iki ölkə arasında çoxtərəfli münasibətlərdən, əməkdaşlıq sferalarından bəhs edərək, ölkəsinin işaldan azad edilən Qarabağda aparılan bərpa prosesində yaxından iştirak etmək istədiyini bildirmişdi. Rəsmi Paris görünür Ermənistandakı səfirinə ayrı, Azərbaycandakı səfirinə tam ayrı tapşırıqlar verir. Faktiki olaraq bu, Fransanın heç də güvənilir, etibarlı bir ölkə olmadığını sübut edir. Belə ölkə ilə əməkdaşlıq etmək, xüsusilə də işğaldan azad edilən Qarabağda bərpa prosesinə cəlb etmək quzunu qurda əmanət etmək kimi bir şey olardı”.

Tarix
2021.04.15 / 14:15
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla