Yuxarı

Onların şərəfinə möhtəşəm abidə ucaldılacaq - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların şərəfinə möhtəşəm abidə ucaldılacaq - Prezident

Keçən ilin dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Onu da bildirməliyəm ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir”, - Prezident vurğulayıb.

Tarix
2021.09.27 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

Xameneinin müşaviri Azərbaycanı hədələdi

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla