Yuxarı

955 Çağrı Mərkəzi 832 961 zəngi cavablandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
955 Çağrı Mərkəzi 832 961 zəngi cavablandırdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, Agentliyin vahid sistemi üzrə fəaliyyət göstərən Çağrı Mərkəzi müraciətləri canlı rejimdə, səsli mesaj və geriyə zəng sifarişi vasitəsilə qəbul edir. Vaxt məhdudiyyəti və ya xətdə gözləmək imkanı olmadıqda vətəndaşlar “səsli mesaj” və ya “geriyə zəng sifarişi” xidmətlərini seçə bilirlər. Gün ərzində həmin vətəndaşlara geriyə zəng edilir. Müraciətlər dinlənilir, sorğu tipli müraciətlər birbaşa cavablandırılır, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq “Müraciət vərəqəsi” tərtib edilir və aidiyyəti üzrə araşdırmaya göndərilir.

Bundan əlavə, digər platformalar (onlayn çat, sosial şəbəkələr, Vatsap) vasitəsilə daxil olan sorğu tipli müraciətlər də operativ şəkildə cavablandırılır.

2025-ci il ərzində 955 Çağrı Mərkəzi tərəfindən 832 961 müraciət cavablandırılıb. Cavablandırılan zənglərdən 492 993-ü (55%) araşdırmaya ehtiyac olmadan birbaşa cavablandırılıb, 297 538 zəng (33%) əsasında iş əmri yaradılıb, 42 430 müraciət (5%) isə sorğu xarakterli olub.

İş əmri yaradılan 297 538 zəngin 238 870-i həllini tapıb (80%), 58 668-nə (20%) isə müvafiq izahat verilib.

Tarix
2026.02.03 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla