Yuxarı

"Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki növbəti mühüm beynəlxalq uğura imza atıb.

Axar.az xəbər verir ki, müəssisə KOSHER sertifikatı əldə edib.

Bu sertifikat "Ulduz" Şokolad Fabrikində istehsal olunan məhsulların beynəlxalq KOSHER tələblərinə tam uyğunluğunu təsdiqləməklə yanaşı, şirkətdə formalaşmış yüksək keyfiyyət və qida təhlükəsizliyi standartlarının bariz göstəricisidir.

KOSHER sertifikatının əldə olunması olduqca çətin və çoxmərhələli bir prosesdir. Xammalın seçimi, təchizatçıların təsdiqi, istehsal xətlərinin uyğunlaşdırılması, avadanlıqların xüsusi prosedurlarla hazırlanması və bütün sanitariya qaydalarına ciddi nəzarət bu prosesin əsas tələbləri sırasındadır. Bu mühüm nailiyyət “Ulduz” Şokolad Fabrikinin peşəkar komandasının məsuliyyətinin və beynəlxalq standartlara sadiqliyinin real nəticəsidir.

KOSHER sertifikatı "Ulduz" məhsullarının İsrail, ABŞ və dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarına daha geniş şəkildə təqdim olunmasına imkan yaradır, eyni zamanda şirkətin qlobal bazarlarda rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, bu nailiyyət müəssisənin artıq sahib olduğu IFS, BRC, GSO 2055-1 Halal Qida Standartı, JAKIM Halal Standartı, ISO 9001 və ISO 22000 kimi nüfuzlu beynəlxalq standartlarla birlikdə "Ulduz" brendinin etibarlı və yüksək keyfiyyətli istehsalçı imicini daha da möhkəmləndirir.

Əldə olunan uğur hər bir əməkdaşın zəhmətinin və birgə əməyinin nəticəsidir. Bu nailiyyət bir daha sübut edir ki, "Ulduz" brendi beynəlxalq səviyyədə ən yüksək tələblərə cavab verən güclü və etibarlı istehsalçı kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir.

Veysəloğlu Şirkətlər Qrupu olaraq bu uğur münasibətilə bütün komandamızı təbrik edir, hər bir əməkdaşımıza təşəkkürümüzü bildiririk.

Tarix
2026.02.03 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla