Yuxarı

Ərdoğan Füzulidə “qırmızı xətt”ini elan etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Füzulidə “qırmızı xətt”ini elan etdi

Ərdoğanla Əliyev Qarabağ (Füzuli) və Şərqi Zəngəzurda (Zəngilana) iki istiqamətdə addım atdı:

Birincisi, Türkiyə ermənilərin yaşadığı bölgənin gələcəyinin Azərbaycan bayrağı altında həll edilməsi siyasətində Bakının yanındadır və bunun alternativi olmayacaq;

İkincisi, Zəngəzur dəhlizi açılır: Moskvanın istəyi ilə İrəvanın dəyişən mövqeyinin ardınca Bakı və Ankaranın dəhlizin təməlini qoyması layihənin önündə maneələrin aradan qaldırıldığı deməkdir.

Liderlərin mətbuata açıqlamaları da bu yöndə idi: Əliyev “Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”, Ərdoğan “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” dedi. Və hər iki liderin Şuşa Bəyannaməsinə istinad etməsi təhdidlərə qarşı birlikdə mübarizənin davam etdiriləcəyi mesajı idi.

Lakin Ərdoğanın çıxışında iki məqam xüsusilə diqqət çəkir.

1. Kommunikasiyanın açılmasında əsas şərt Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasıdır. Ərdoğan bildirdi ki, “kommunikasiyanın açılmasından Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, Ermənistan və İran da yararlanacaq, lakin bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”.

2. Ankaranın İrəvana şərti var: Ermənistan Azərbaycanla problemlərini həll etdikdən sonra Türkiyə ilə münasibətlər normallaşa bilər.

Bu fikirlər Ermənistana və adını çəkməsə də, kommunikasiyanın açılmasında maraqlı olan Moskvaya ünvanlanıb və çıxan nəticələr belədir ki:

a) Əliyevlə Ərdoğan Moskvada mümkün üçtərəfli görüşün sərhəd məsələsinin də daxil olduğu gündəliyini müzakirə edib;

b) Ərdoğan görüşdən sonra Bakı və Ankaranın şərtini açıqladı:

- Ermənistana - blokadadan çıxmağın yeganə yolu sərhədin müyyənləşməsidir;

- Rusiyaya - kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiya prosesi Azərbaycanın haqlı mövqeyi çərçivəsində aparılmalıdır.

Türkiyə bununla Azərbaycan sərhədlərinin onun “qırmızı xətti” olduğunu da elan etmiş oldu.

Tarix
2021.10.27 / 23:40
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla