Yuxarı

Bəyanatda əksini tapan mühüm məqamlar - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəyanatda əksini tapan mühüm məqamlar - Bayramov

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində yer alıb.

Nazir qeyd edib ki, üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi idi:

“Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı.

Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir”.

“Bəyanatın digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir.

Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilmişdir. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməmişdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır.

Hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli birgə bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir”, - nazir bildirib.

Tarix
2021.11.07 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla