Yuxarı

Paşinyan İrəvanın xilası üçün Bakıdan da kömək alacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək. Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən Qarabağ klanını, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsinin Azərbaycan Konstitusiyasına uyğun həll edilməsi barədə dedikıərini şərh edərkən bildirib.

Politoloqun fikrincə, sözügedən güclər Paşinyana qarşı biləşəcək:

“Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Başqa sözlə Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq.

ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib: “Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”.

E.Şahinoğlu Ankara və Bakının birgə səylərlə Ermənistanın təxribatçı siyasətinə son qoymasına çalışdığını düşünür. Politoloq qeyd edib ki, Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır:

“Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq”.

Tarix
2021.12.27 / 13:46
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!

3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…

Rusiyadan idxal etməmişik. Nöqtə! - Hacıyev

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Valentina Matviyenko Azərbaycana gələcək

Berbok Bakıda: Təfərrüat barədə heç nə deyə bilməyəcəm!

Əli Əsədov daha bir qərar imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla