Yuxarı

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

“Kontakt” mağazalar şəbəkəsi bildirir ki, bir sıra məhsulların mənşə ölkəsi barədə təqdim olunan məlumatlarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış araşdırma yekunlaşıb.

Axar.az xəbər verir ki, şirkətin yaydığı məlumatda qeyd edilib.

“Araşdırma zamanı sözügedən məhsulların istehsalçısı tərəfindən təqdim edilən xarici qablaşdırmasında olan bəzi məlumatların istehlakçılarda məhsulun mənşə ölkəsi barədə fərqli təsəvvür formalaşdırması ehtimalı nəzərə alınıb.

Qeyd edək ki, məhsulların xarici qablaşdırılması birbaşa istehsalçı brend tərəfindən edilir, distribütor (və ya satıcı) şirkətə hazır formada göndərilir.

Bununla belə, qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərən və istehlakçı hüquqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan məsuliyyətli şirkət kimi “Kontakt” təqdim olunan rəy və tövsiyələr əsasında zəruri tədbirlər görüb və bu istiqamətdə işləri davam etdirir.

Araşdırma prosesində məsələyə obyektiv yanaşdığına görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təşəkkürümüzü bildiririk.

Şirkətimiz istehlakçıların düzgün məlumatlandırılmasını və hüquqlarının qorunmasını daim prioritet hesab edir. Buna görə də, məhsullarla bağlı təqdim olunan məlumatların şəffaflığına hər zaman xüsusi həssaslıqla yanaşır”, - məlumatda vurğulanıb.

Tarix
2026.08.10 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla