Yuxarı

Qəhrəmanlıq tariximizin ayrılmaz hissəsi... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəhrəmanlıq tariximizin ayrılmaz hissəsi... - Hacıyev

Hadisələr kəskin bir informasiya blokadası şəraitində həyata keçirilirdi. Bakı şəhərində törədilmiş bu qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Beynəlxalq ictimaiyyətə Bakı qırğınları, 20 Yanvar faciəsi haqqında ilk dolğun və həqiqi məlumatları çatdıran rəhmətlik ulu öndər Heydər Əliyev olub. Onun Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək hadisələrə qiymət verməsi və beynəlxalq ictimaiyyətə müraciətləri 20 Yanvar faciəsi ətrafında formalaşdırılmış bütün informasiya blokadasını darmadağın etmiş oldu.

Sonrakı illərdə - rəhmətlik ulu öndərin hakimiyyətə gəldiyi ilk günlərdən 20 Yanvar faciəsinə respublika səviyyəsində qiymət verildi və bu, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi bizim tariximizin ayrılmaz hissəsinə çevrildi. Biz artıq 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli bir ruhda, ahəngdə qeyd edirik. Belə ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub. Azərbaycan xalqı qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etmiş məğrur, qürurlu bir xalq olaraq 20 Yanvar faciəsinə də tariximizin ayrılmaz hissəsi kimi baxır", - H.Hacıyev bildirib.

Tarix
2022.01.20 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla