Yuxarı

Tərəfdaşlarımızla, qonşularımızla işləyirik - Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərəfdaşlarımızla, qonşularımızla işləyirik - Əliyev

Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

Dövlət başçısı verilişin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbətində İnformasiya-kommunikasiya texnologiyaları sektorundan da bəhs edib. Qeyd olunub ki, artıq üç peykə malik olan Azərbaycan kosmik klubun üzvüdür. İKT sahəsi çox fəal inkişaf edir və bu sahədə mühüm artım var.

Prezident, həmçinin ölkəmizdə kənd təsərrüfatına çox böyük sərmayə qoyulduğunu və yetərincə ciddi artım olduğunu, müasir turizm infrastrukturu yaradıldığını qeyd edib, Azərbaycanın koronovirus pandemiyasına qarşı səmərəli mübarizəsindən və bu istiqamətdə qlobal təşəbbüslərindən, Qoşulmama Hərəkatına uğurlu sədrliyindən danışıb, bir sıra digər aktual mövzulara toxunub.

Tarix
2022.01.30 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla