Yuxarı

Azərbaycanın səyləri buna yönəlib - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın səyləri buna yönəlib - Deputat

Xəbər verildiyi kimi, iyunun 26-30-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir. İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada videoformatda çıxış edib. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olunması üçün Azərbaycanın göstərdiyi səylərdən danışıb və ölkəmizin bu məsələlərlə bağlı mövqeyini bir daha hamının diqqətinə çatdırıb.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə mailk olduğunu vurğulayan millət vəkili bildirib ki, bu ilin mart ayında Şuşada keçirilmiş tədbir də Azərbaycan reallıqlarının dünya birliyi tərəfindən qəbul olunduğunu bir daha təsdiq etmişdir:

“Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olur. Məhz bu mötəbər tarixi qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirilmişdir. Tədbirdə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması məsələləri ətrafında aparılan müzakirələrdə Azərbaycanı bu istiqamətlərdə gördüyü işlərdə ləngidən amillər də müəyyən edilmişdir. Belə amillərdən biri kimi, Ermənistanın mina xəritələrini Azərbaycana hələ də təqdim etməməsini göstərmək lazımdır. Aydındır ki, Ermənistan hökuməti bu addımı atmaqla işğaldan azad edilmiş ərazilərə həmin yerlərin əsl sahiblərinin qayıdışını mümkün qədər ləngitmək istəyir. Ümumdünya Şəhər Forumunun sessiyasındakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, işğal dövründə Ermənistan işğal etdiyi ərazilərdə bir miyondan artıq mina basdırıb. Bu ölüm saçan qurğuları zərərsizləşdirmədən həmin ərazilərdə heç bir iş aparıla bilməz. Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Tam məsuliyyətlə deyə bilərik ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir”, - deyə K.Qafarov bildirib.

Deputat Azərbaycanın sülh çağırışları barədə deyib: “Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri talançılıq və vandalizm əməlləri həqiqətən də misli görünməmiş bir vəhşilikdir. 30 il ərzində bizim şəhər və kəndlərimiz qəsdən dağıdıldı, bütün mədəni və dini abidələrmiz talan və təhqir edildi, Azərbaycan xalqının həmin ərazilərdən tarixi izlərinin silinməsi üçün ermənilərin əl atmadıqları vəhşilik qalmadı. İkinci Dünya müharibəsindən sonra şəhərlərin belə böyük miqyasda dağıdılması prosesi dünyanın heç bir yerində baş verməyib. İşğalçılar Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən tamamilə siliblər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Prezident İlham Əliyev öz çıxışında ölkəmizin bu mövqeyini bir daha bütün Forum iştirakçılarının diqqətinə çatdırdı. Bu bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər xalqdır, yaradıcı xalqdır və bu gün bizim yeganə məqsədimiz Cənubi Qafqazda dayanıqlı sülhə və inkişafa nail olmaqdır”.

Tarix
2022.07.01 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla