Yuxarı

İlham Əliyev daha bir səfirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev daha bir səfirlə görüşdü

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, səfir Adem Muhammed Mahmud etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Münasibətlərimizin yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı hazırda ikitərəfli səviyyədə müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün də mövcud imkanlardan istifadə edilməsinin önəmini vurğuladı.

Səfir Adem Muhammed Mahmud Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdenin və Baş nazir Abiy Əhməd Əlinin salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Səfir qeyd edib ki, gözəl ölkə olan Azərbaycanda etimadnaməsini təqdim etməkdən böyük şərəf hissi duyur. Adem Muhammed Mahmud da, öz növbəsində, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini vurğulayıb. Səfir Azərbaycanın böyük təcrübəyə və potensiala malik olduğunu deyərək münasibətlərimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlət başçısının təşəbbüsü ilə Azərbaycanın COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına üzv, xüsusən də Afrikadan olan ölkələrə humanitar və maliyyə yardımları göstərməsi xüsusi olaraq vurğulanıb.

Tarix
2022.08.18 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla