Yuxarı

ABŞ-dakı səfirliyimizin xidməti avtomobili atəşə tutuldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyik tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.

Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olmuşdur.

Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.

AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq.

Tarix
2022.10.12 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Sabah 18 kənddə qaz olmayacaq

Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla