Yuxarı

Lavrovun Bakıya atmacası: niyə indi “araşdırılır”?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün keçirdiyi illik mətbuat konfransında Laçın dəhlizi və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı açıqlamasında rəsmi İrəvanın ünvanına səsləndirdiyi kinayəli ifadələr başadüşüləndir. O, Ermənistanın “strateji müttəfiq” olmasına baxmayaraq, bölgəyə Qərbi gətirməyə cəhd etməsinin Kreml-İrəvan münasibətlərində əsas qırılma nöqtəsi olduğuna açıq şəkildə işarə etdi. Onun “AB monitorinq qrupunun sərhədə yerləşdirilməsinə Bakı da razı olmalıdır” açıqlaması isə o deməkdir ki, Rusiya bu məsələdə Azərbaycanla birgə çalışır.

Azərbaycan regiona əlavə oyunçuların gəlişi ilə prosesin uzanacağını və Ermənistanın bundan istifadə edərək 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınacağını ehtimal etməkdə haqlıdır. Nikol Paşinyanın indiyəqədərki fəaliyyəti də buna hesablanıb: Rusiya bəyanatın bəzi maddələrinin, xüsusilə Zəngəzur dəhlizinin icrasında maraqlı tərəfdir, Ermənistan isə Rusiyanı Qərbə satmaqla, həm də işğalçı maraqlarını və bəyanatla üzərinə götürdüyü öhdəlikləri icra etməməyi təmin etməyə çalışır. Ermənistanın oyununa qarşı təzyiq vasitələrindən biri isə Azərbaycandır.

Rusiyanın bu baxımdan maraqları Azərbaycanla üst-üstə düşdüyü üçün hər zaman ermənipərəst olan Sergey Lavrovun bu məsələlərdə indi “daha ədalətli” olduğunu müşahidə edirik. Ancaq “ədalətli mövqe” Lavrovun siyasi-diplomatik karyerasının qiymətləndirmə meyarları içərisində mininci yerdə də deyil. Hətta bu situasiyada da Lavrov “ədalətli tərəf”, “ədalətli vasitəçi” deyil, məhz “obyektiv hakim” rolunda çıxış etmək istəyir və Azərbaycanı da ittiham etməyi unutmur.

Məsələn, Laçın yolu “yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün” açıq olmalıdır deyir. Bu isə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün həmin yolun bağlı olduğu anlamına gəlir.

Həqiqətdə isə Laçın dəhlizi məhz indi “humanitar dəhliz” funksiyasını yerinə yetirir – ordan lazım olanda sülhməramlılar və BQXK xəstə də daşıyır, idman yarışına gedənləri də aparıb-gətirir, ərzaq-dərman da keçirir və hətta Rusiyadan Yeni ili qeyd etmək üçün 63 nəfər Xankəndiyə gətirilir və geri də qaytarılır və s. Nə vaxta qədər Ermənistandan Xankəndiyə “maneəsiz yol” İrəvandan, məsələn, Qafana gedən yol kimi başa dşüləcək? Niyə “humanitar dəhliz” anlayışı bu qədər istismar edilməlidir?

Birdəfəlik aydın olmalıdır ki, bu dəhlizlə Rusiya və Kalininqrad vilayəti arasındakı dəhliz qətiyyən eyni deyil: Kalininqrad Rusiyanın tərkib hissəsidir, Rusiyanın öz vilayətinə nə daşıdığı müzakirə edilə də bilməz – necə ki, Azərbaycan Naxçıvana dəhliz əldə etdiyi halda bu yoldan nə daşıyacağı müzakirə olunmamalıdır.

Ancaq Laçın yolu – bir ölkənin digər ölkədəki bəlli icma ilə əlaqəsini təmin edir. Bu “dəhlizlə” başqa bir ölkənin içinə hərbi-siyasi məqsədli heç nə aparıla bilməz! Və ümumiyyətlə, Ermənistandan Xankəndiyə Ermənistanın bir şəhərinə gəlirmişcəsinə gəlmək və istədiyini – silah-sursatını, hərbçilərini daşımaq siyasəti nə qədər davam edəcəksə, Xankəndinin Azərbaycanın olduğunu ermənilər psixoloji olaraq anlaya bilməyəcəklər.

Lavrov məhz indi Azərbaycanın Laçın dəhlizindən mina, silah-sursat daşınması barədə məlumat verdiyini bildirir və qeyd edir ki, Rusiya hərbçiləri bu məlumatı araşdırmaqla məşğuldur.

Azərbaycan bu məlumatı Laçın yolunda aksiya başlayandan sonra verməyib. Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan minaların aşkarlanması ilə bağlı Müdafiə Nazirliyi fakt ortaya qoyub, Rusiya sülhməramlı kontingentini də əraziyə dəvət edib, Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrini də. Sarıbaba yüksəkliyində tapılan bu minaları müşahidə etməyə rus və türk generallar hələ noyabr ayında dəvət olunmuşdular və onlara faktlar əyani şəkildə göstərilmişdi.

Qəribə o idi ki, həmin faktlar, Monitorinq Mərkəzinin Sarıbaba yüksəkliyində müşahidələri Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların fəaliyyəti ilə bağlı günlük hesabatında bircə dəfə də olsun xatırladılmadı, ümumiyyətlə bu məsələ Rusiya XİN-də, MN-də, mediasında işıqlandırılmadı.

Azərbaycan MN dəfələrlə Rusiya MN-in sülhməramlıların məsuliyyət zonası ilə bağlı açıqlamasında yer adlarının doğru yazılmasını tələb etdi, Rusiya MN isə bircə dəfə də buna əməl etmədi.

Rusiya sülhməramlılarının Xankəndiyə üçüncü ölkələrin yanacaqdaşıyan maşınlarını buraxdığı, qanunsuz daşımalar həyata keçirilməsinə göz yumduğu və ya buna şərait yaratdığı haqda dəfələrlə məsələ qaldırıldı, sonuncu dəfə isə iranlı hərbi mütəxəssislərin rus sülhməramlıların gözü önündə Xankəndiyə gəldiyi və burda ermənilərə bağışladıqları PUA-lardan, raketlərdən istifadə qaydalarını öyrətdikləri haqda əsaslı faktlar, sənəd-sübutlar ortaya qoyuldu.

Rusiya buna da heç bir açıqlama vermədi və araşdırmadı.

Aylardır bu proses davam edir; aylardır bu qanunsuzluğa son qoyulması Rusiyadan tələb edilir; aylardır heç bir reaksiya yoxdur. Ancaq elə ki, azərbaycanlı ekofəallar yola nəzarəti öz əllərinə alırlar, onda Rusiya “minalarla bağlı faktı” xatırlayası olur, Rusiya hərbçiləri faktı “araşdırırlar”.

Tarix
2023.01.19 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı... - Video

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi... - “II Qars”?

Almatı uğursuzluğunun səbəbi: Paşinyan bunu istəyir

Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!

Əgər Ermənistan Azərbaycan qazı alarsa… - Rus ekspert

Bayramov-Mirzoyan görüşü: nəticə nə oldu?

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla