Yuxarı

Arutyunyan Ermənistana PUA daşındığını niyə açıqladı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ukraynadan Ermənistana silah və PUA daşınması barədə açıqlaması Azərbaycan mediasında geniş əks-səda doğurub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Ukraynanın pilotsuz uçuş aparatlarına daha çox ehtiyacı var:

“Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında PUA-ların birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları alır. Ukrayna Prezidenti Vladimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və döyüş sursatları azalır. PUA-ların bir hissəsi isə döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır.

Digər tərəfdən Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan Ermənistana silah və ya pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlu Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlamasının araşdırılmalı olduğunu deyib:

“Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı və onların bir qrupu böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korrupsiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq PUA-ları Ermənistana göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O, hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir”.

Politoloq vurğulayıb ki, PUA-ların Ukraynadan Ermənistana çatdırılması üçün bir neçə mərhələdən keçməlidir:

“Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar Varşava-İrəvan təyyarə reyslərinə yüklənməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir”.

Politoloq həmçinin, H.Arutyunyanın açıqlamasının informasiya müharibəsinin tərkib hissəsi də ola biləcəyini istisna etməyib:

“Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “Biz Polşa üzərindən Ermənistana silah göndəririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana pilotsuz uçuş aparatları göndərirlərsə, məntiqlə bunu açıqlamamalıdır. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya da xeyli çətinləşəcək. Yəni bu açıqlamanın ermənilərə zərəri faydasından çoxdur. Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür”.

Tarix
2023.01.24 / 13:11
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla