Yuxarı

Ermənistan Qərbin sanksiyalarını bu cür dəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan həmişə ikili siyasət həyata keçirib. Sadəcə fərq ondan ibarətdir ki, əvvəllər bunun üçün indiki qədər imkan yox idi. Çünki Köçəryan, Sərkisyan və onların ətrafında olanlar siyasi və iqtisadi cəhətdən, qanunsuz ticarət və kirli pulların yuyulması məsələlərində birbaşa Rusiyaya bağlı idilər. Lakin Paşinyan yaramaz siyasətçi olsa da, onun adı kirli biznes əlaqələrində hələ ki, çox hallanmır. Ona görə də Paşinyan və komandası üçün ikili oynamaq daha asandır.

Bu sözləri Axar.az-a Ermənistan ilə Rusiya arasında ticarət dövriyəsinin bir ildə iki dəfə artaraq, 5 milyarda çatmasının səbəbləri haqqında danışan siyasi şərhçi Elşən Məcidov deyib.

Politoloq istifadə edilən metod ilə Qərbin sanksiyalarının dəlindiyini vurğulayıb:

“Digər bir faktor isə Rusiyanın hazırda əsas diqqətini və resurslarını Ukraynaya yönəltməsidir. Bu səbəbdən rəsmi Moskva tam şəkildə İrəvanı əlində saxlaya bilmir. İkili siyasətin məqsədi müxtəlif məqamlardan istifadə edib bütün tərəflərdən divident əldə etməkdir. Ancaq gerçəkdə bu, nə cür baş verir? Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ən ağır sanksiyalardan biri mikroçiplərin və haytek (hitech) texnologiyalarının satılmasına qoyulan qadağadır. Bəhs etdiyimiz komponentlər raket, qırıcı təyyarə və ümumilikdə hərbi texnika, silah sistemləri üçün çox vacibdir. Dünyada sözügedən texnologiyalarla bağlı üç əsas monopoliya var. Bunlar Qərb, Tayvan və Yaponiyadır. Qərb satışa qadağa qoyub, Tayvan Rusiyaya adı çəkilən məhsulları satmayacağını elan edib, Pekin isə sanksiyalardan canını qurtarmaq üçün haytek texnologiyalarını və mikroçipləri Moskvaya vermir. Ona görə də Rusiyanın əlində tək bir Ermənistan variantı qalıb. Ancaq bildiyimiz kimi, Ermənistanın da təkbaşına istehsal və ixrac etmək imkanı, infrastrukturu yoxdur. Ona görə də Rusiyaya qeyd etdiyimiz məhsullar dolayı yolla ixrac edilir. Bununla bağlı bir müddət öncə “Blumberq” bir araşdırma məqaləsi yayımladı. Məqalədə Ermənistanın Qərb ölkələrindən çoxlu sayda məişət texnikası idxal etdiyi bildirilir. Lakin həmin məhsullar ölkə daxilində satışa çıxarılmır və birbaşa Rusiyaya göndərilir. Rusiyada isə Ermənistandan göndərilən məişət texnikası sökülür, mikroçiplər çıxarılır və Ukraynanın bombalanmasında istifadə edilən sursat hazırlanır. Yəni bütün dünyaya məzlum kimi görünməyə çalışan, beynəlxalq təşkilatların və böyük dövlətlərin qapısında ağlaşma quran Ermənistanın əlləri Ukrayna xalqının qanına batıb. Paşinyan KTMT sammitinin yekun sənədinə imza atmaqdan, ölkəsində təlimlərin keçirilməsindən imtina etsə də, əslində, Ukraynadakı müharibəni uzatmaq üçün Rusiyaya kömək edir. Bəhs etdiyimiz metod digər məhsullara da tətbiq olunur və Rusiya ilə Ermənistan arasında ticarət dövriyəsinin artmasının əsas səbəbi budur”.

Qeyd edək ki, 2021-ci ildə Ermənistandan Rusiyaya 710 milyon dollarlıq mal-məhsul ixrac edilib. Ötən il isə sərt sanksiyaların tətbiqinin başlamasından sonra isə Ermənistandan ixrac 2,5 milyard dollara qalxıb.

Tarix
2023.02.02 / 14:05
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla