Yuxarı

Qriqoryan Rusiyaya zərbənin anonsunu verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropa Birliyinin mülki missiyasının imkanlarını genişləndirmək istəyir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu qənaətə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Civil.net”ə müsahibəsindən sonra gəlmək olar.

Belə ki, Qriqoryan Azərbaycanla yaşanan son insidentin həm də AB missiyasını sıxışdırmaq cəhdi olduğunu iddia edərək, Brüsseldən bu istiqamətdə addımlar gözlədiklərini bildirib. O həmçinin göstəriləcək əlavə səylər sayəsində avropalı müşahidəçilərin sərhəddə stabilliyi təmin edə biləcəklərini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın mülki missiyanın sərhəddəki destabilizasiyanın əsas səbəbkarı olması açıqlamasını şərh edən Qriqoryan Rusiyaya mesaj da yollayıb. O, Rusiyanın Ermənistan sərhədlərində mövcudluğunun 1990-cı illərdən olduğunu və bu dönəmlərdə çoxsaylı destabilizasiya faktının qeydə alındığını deyib.

Qriqoryan müsahibəsi zamanı Qarabağda Ermənistanın əsas məqsədinin nə olduğunu da açıqlayıb:

“Bizim məqsədimiz Qarabağda beynəlxalq mexanizm yaratmaqdır, hansı ki, onun əsasında Bakı-Xankəndi arasında ermənilərin haqları və təhlükəsizliyi məsələləri ilə bağlı dialoq baş tutacaq. Lakin Xankəndidəki ermənilər təhlükəsizlik zəmanətinin nə olduğunu özü müəyyənləşdirməlidir”.

Bununla belə, o, İrəvanın Azərbaycanla heç vaxt reinteqrasiya məsələsini müzakirə etmədiyini deyib.

Qriqoryanın açıqlamasında ən önəmli məqam KTMT ilə bağlı etirafı olub. Onun sözlərinə görə, İrəvanın 2020-ci ildən sonra KTMT-yə yardım üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, müxtəlif bəhanələr, o cümlədən sərhədlərin tanınmaması əsas gətirilərək, rədd cavabı alıb. O, yalnız bundan sonra alternativ axtarmağa cəhd etdiklərini söyləyib. Rusiyanın İrəvanın Qərbə üz tutması iddialarına cavab verən Qriqoryan “Ermənistanı xarici siyasətini dəyişməkdə ittiham edənlər ilk növbədə özlərini günahlandırsınlar, çünki əgər onlar yardım etmirlərsə, biz nə isə düşünməliyik” deyib.

Tarix
2023.04.14 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla