Yuxarı

Azərbaycan Aİİ-yə üzv olur? – Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Aİİ-yə üzv olur? – Ekspert

Prezident İlham Əliyevin Avrasiya İqtisadi İttifaqının toplantısına qonaq qismində qatılması Azərbaycanın birliyə üzvlük məsələsiylə əlaqələndirilməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısına Prezident İlham Əliyevin qonaq qismində qatılması barədə qeyd edib.

Politoloq bildirib ki, ilk növbədə Azərbaycanın birliyə üzv olan Ermənistanla iqtisadi əlaqələri yoxdur:

“Ermənistanla sülh sazişi imzalansa belə, iqtisadi əlaqələrin qurulması, qonşu dövlətlə azad ticarətin başlanması uzaq gələcəyin işidir. İkincisi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə əngəldir. Qərb ölkələrinin Rusiyanın bir çox şirkətinə qarşı sanksiya qərarları mövcuddur. Həmin şirkətlərlə əməkdaşlıq edənlərə qarşı da sanksiyalar tətbiq edilir. Fikrimcə, Azərbaycan üçün Aİİ-də müşahidəçi statusu kifayət edər. Azərbaycan birliyə üzv olub üzərinə öhdəliklər götürməkdənsə, birliyə üzv olmadan üzv ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək imkanına malikdir”.

Tarix
2023.05.26 / 16:51
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla