Yuxarı

Sinan Oğan vəzifə almadı: bəs, bazarlıq etmişdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sinan Oğan vəzifə almadı: bəs, bazarlıq etmişdi?

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi elan edildikdən sonra bir daha həqiqətlər üzə çıxıb.

Axar.az xəbər verir ki, ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğana yeni kabinetdə yer verilməməsi haqda o özü də qeyd edib.

“Yeni kabinetin ölkəmizə və millətimizə xeyirli olmasını arzulayıram. İlk gündən də dediyim kimi, sayın Cümhurbaşqanı ilə bizim hər hansı vəzifə bazarlığımız olmamış, prinsiplər əsasında bir-bir anlaşmamız müzakirə edilmişdi. O səbəbdən ilk gündən adımız üzərindən aparılan “bazarlıq” və s. kimi spekulyasiyaların nə qədər yersiz və iftira niyyətli olduğu bir daha göründü. Başda iqtisadiyyat və qaçqınlar olmaq üzrə, yaxın vaxtlarda prinsiplərimizin həyata keçirilməsinə birlikdə şahid olacağıq, inşallah”, - deyə Sinan Oğan sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Sinan Oğanın Ərdoğanı dəstəkləməsi qarşılığında vəzifə alacağı iddia edilirdi.

Tarix
2023.06.04 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla