Yuxarı

MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərini müzakirə edib.

Bu barədə Axar.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planının əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, ölkəmizin bir sıra mühüm Konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.

Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.

Söhbət zamanı AŞ-ın Baş katibi regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirib. Maria Peyçinoviç Buriç Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri səfir Petr Zix və digər rəsmi şəxslər iştirak edib.

Tarix
2023.12.08 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla