Yuxarı

İlham Əliyev Volfqanq İşingeri qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.

Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münhen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparıldı.

Volfqanq İşinger Münhen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırdı.

Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğuladı.

Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olundu. Dövlətimizin başçısı bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2024.03.15 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla