
Bakıda məşhur əyləncə klubu bağlandı - Video
11:18
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar sentyabrın 16-da saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazinin və Əli İsazadə küçəsinin, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndinin qaz təchizatında fasilə yaranacaq.
Tarix
2025.09.16 / 09:29
|
Müəllif
Axar.az
|