Yuxarı

Bir ailədən üç nəfər niyə namizəd oldu? - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ailədən üç nəfər niyə namizəd oldu? - Açıqlama

Azərbaycanda seçki prosesində iştirak etmək hər bir ölkə vətəndaşının hüququdur. Adları çəkilən şəxslər də bu hüquqlarından istifadə edirlər. Amma onları müzakirə obyektinə çevirmək anormal adamların beyinlərinin məhsuludur.

Bu sözləri Axar.az-a açılamasında AĞ Partiya başqanı Tural Abbaslının sözçüsü Cavanşir Abbaslı bir ailədən üç nəfərin - Tural Abbaslı, həyat yoldaşı və qayınatasının namizəd olması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

“Tural bəyin qayınatası İkram bəyin özü partiya funksioneridir və üstəlik, başqa partiyadandır. Vaxtı ilə Milli Məclisdə təmsil də olunub. Həyat yoldaşı isə AĞ Partiyada təmsil olunur. Bəyin özü də məlumdur. İndi bu məsələni bu qədər müzakirəyə çevirmək nəyə gərəkdir? Bir ailə hesab oluna bilər, amma bunun özü adi bir prosesdir, müzakirə eləmək də gülüncdür. Bütün bunların hamısı Tural Abbaslının şəxsi nüfuzunun yüksək olmasından irəli gəlir”, - C.Abbaslı bildirib.

Qeyd edək ki, AĞ Partiya sədri Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı 43 saylı Sumqayıt seçki dairəsindən, qayınatası İkram İsrafil isə 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Tarix
2024.07.14 / 14:21
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla