Yuxarı

Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - Foto

Qlobal güclərin maliyyələşdirdiyi media Azərbaycan və Türkiyəyə iqlim, təbiət, ədalət və insan haqları mövzusunda təzyiq göstərməyə çalışır. Beynəlxalq Əfv Təşkilatı, BBC, "Human Rights Watch”, VOA, "Greenpeace" kimi qrupların niyəsə dünyanı çirkləndirənlərlə bağlı deyil, bizlərlə bağlı mənfi təəssürat yaratmaq istədiyini görürük.

Bu sözləri Axar.az-a türkiyəli araşdırmaçı yazar Cahan Fulser COP29-la bağlı aparılan qaralama kampaniyasına münasibət bildirərkən deyib.

O bildirib ki, X platformasında özəyi Amerikada yerləşən, erməni lobbisinin rəhbərliyi altında fəaliyyət göstərən və COP29-a qarşı kampaniya aparan ANCA adlı struktur ifşa olunub:

“Bu strukturun Amerika və Fransa qollarındakı "jurnalist" və "tədqiqatçılar" lobbilərin maliyyə dəstəyi ilə COP29 iclaslarını müxtəlif bəhanələrlə manipulyasiya edir, ləğv etdirməyə çalışırlar. Bu müstəvidə də Azərbaycana təzyiq göstərməyə cəhd edən böhtançı lobbilərin fürsətçi qələmləri yalan xəbərlər yayır. "Amnesty", "Conflict and Environment Observatory", "Quardian"ın ətraf mühit üzrə redaktoru Fiona Harvey, "Human Rights Watch" , "Myrto Tilianaki", "Unilever"in keçmiş baş direktoru Paul Polman, eləcə də "Alisdare Hickson/Creative Commons", "PassBlue", "Anay Mridul", "Greenqueen" saytlarının il ərzində Azərbaycanla bağlı qaralama kampaniyası apardıqlarını, böhtan xarakterli xəbərlər yaydıqlarını unutmamalıyıq. Konfransın keçirilmə tarixi yaxınlaşdıqca məqalələrin manipulyasiya şiddəti və intensivliyi artır. Onların yazdıqlarını izlədim, sübutlar gətirərək səhvlərini düzəltmələrini xahiş etdim. Lakin bu qruplardan müsbət cavab ala bilmədim.

Ona görə də populist eynəkdən baxaraq, məyus olmaq əvəzinə, oyunu real məqsədlər və ambisiyalarla tərtib edən oyunçu kimi davranmalıyıq. Azərbaycan dövləti böhtan, şantaj kimi variantlar qarşısında qəddini əyməməklə yanaşı, öz perspektivini, onlarla mübarizə üsullarını da inkişaf etdirib".

Tarix
2024.10.24 / 07:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla